Qırmızı.az
Bu gün Radio Günüdür
Bu gün dünya elm və texnika tarixinə radionun ad günü kimi daxil olub.
Publika.az xəbər verir ki, bu tarixin Radio Günü olaraq seçilməsinin səbəbi Aleksandr Stepanoviç Popovun 7 may 1895-ci ildə icad etdiyi radionu müvəffəqiyyətli bir şəkildə təqdim etməsindən irəli gəlir. Məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzəylə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim edib.
Bundan sonra Popov, Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbdə Nikola Tesla və ya tarixən Guglielmo Marconi radionun ixtiraçısı olaraq qəbul edilməkdədir.
1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini
təntənəli şəkildə bayram edib. Bununla əlaqədar olaraq, 7 may
tarixini hər il “Radio günü” kimi qeyd etmək qərara alınıb.
Müasir informasiya bumu bir neçə alim, mühəndis və texnik nəslinin, ümumiyyətlə rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.
Gülnar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!