Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospekti bağlanır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Böyükşor” yol qovşağından “Suraxanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm