Qırmızı.az
Azərbaycanda rekord qıracaq fləşmob – FOTOLAR
Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza "Ginnesin Rekordlar Kitabı"na salınması üçün qeydə alınıb.
Publika.az-ın məlumatına görə, Azərbaycanın sürətli inkişaf və tərəqqisində önəmli yeri olan Gəncə bu gün qeyri-adi, böyük bir uğura imza atdı. 10 min gəncəli gənc Azərbaycanın özü qədər əbədi olan, həyatının mənasını yalnız xalqına xidmətdə görən, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duyan Heydər Əliyevə sevgilərini ulu öndərin adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaratmaqla bəyan etdilər. Meydanı alqış sədaları bürüdü.
Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atdılar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.
E.Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcək və sertifikat təqdim olunacaq.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO