Anar Yusifoğluna vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Anar Yusifoğluna vəzifə verildi

Tanınmış jurnalist Anar Yusifoğluna çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib.

Aznews.az-ın məlumatına görə, o, televiziyanın İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub. İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.

Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib. Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib. Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm