Londonda “Qafqazda konfessiyalar” adlı beynəlxalq elmi konfrans keçirilir - FOTO
Bizi izləyin

Qırmızı.az

Londonda “Qafqazda konfessiyalar” adlı beynəlxalq elmi konfrans keçirilir - FOTO

Publika.Az xəbər verir ki, martın 3-də Londonun “Hallam” Konfrans Mərkəzində Avropa Azərbaycan Cəmiyyətinin və Azərbaycan Milli Aviasiya Akademiyasının İctimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə “Qafqazda konfessiyalar” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransın rəsmi açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter konfransın mühüm elmi əhəmiyyətini qeyd edib, Azərbaycanda mövcud olan milli və dini tolerantrlıqdan söz açdı. L.Zetter bildirib ki, iki gün davam edəcək konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqazın tarixində dini konfessiyaların yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaq.

Londonun Müqəddəs Pavel baş kilsəsinin dekanı, doktor Devid Ayson təmsil etdiyi Anqlikan kilsəsi adından tədbir iştirakçılarını salamlayıb. O, Böyük Britaniyada Anqlikan kilsəsinin mühüm rolundan bəhs edib. Doktor Ayson Böyük Britaniyanın, xüsusilə də Londonun dini-etnik palitrasının olduqca rəngarənk olduğunu vurğulayıb. Bununla eyni zamanda, Britaniyada bütün dini icmaların hüquqlarının təmin olduğunu, onların inkişafı üçün hər cür şaraitin yaradıldığı qeyd edilib.

Konfrans plenar iclasdan sonra müəyyən edilmiş seksiyalar üzrə işini davam etdirdi. İlk seksiya qədim konfessiyalardan olan zərdüştlük və iudaizmin tarixinə həsr edilmişdir. Növbəti seksiyada alban apostol kisəsinin tarixinə və alban yazısına dair elmi məruzələr dinlənilib.Konfrans Qafqazda konfessiyalara dair digər seksiyalarla işini davam etdirir. Konfrans öz işinə bu gün yekun vuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm