I Avropa Oyunları ilə əlaqədar FHN-də yaradılmış qərargahda müşavirə keçirilib
Bizi izləyin

Qırmızı.az

I Avropa Oyunları ilə əlaqədar FHN-də yaradılmış qərargahda müşavirə keçirilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış qərargahda toplantı keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib.

Nazir müavini Etibar Mirzəyev, əvvəlcə, tədbir iştirakçılarına Birinci Avropa Oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan qərargah haqqında ətraflı məlumat verib. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülmüş təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb. Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir.

“Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülmüş işlərdən razılığını bildirərək Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.

Sonra Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm