ATV-nin keçmiş vitse-prezidenti AzTV-də baş prodüser oldu – TƏYİNAT
Bizi izləyin

Qırmızı.az

ATV-nin keçmiş vitse-prezidenti AzTV-də baş prodüser oldu – TƏYİNAT

Azad Azərbaycan Televiziyasının keçmiş vitse-prezidenti Həsən Abdullayevə AzTV-də vəzifə verilib.

Məlumata görə, Həsən Abdullayev televiziya layihələri üzrə baş prodüser təyin edilib. Bildirilir ki, kanalın yeni layihələrinin bir çoxu H.Abdullayevə tapşırılıb. Daxil olan digər məlumata görə, Həsən Abdullayev artıq bir neçə aydır ki, bu kanalda fəaliyyət göstərir. Məlumatı AzTV-dəki mənbələr təsdiqləyib.

Məlumat üçün bildirək ki, bu vaxta kimi AzTV-də baş prodüser vəzifəsi olmayıb. Bu post xüsusi olaraq H. Abdullayev üçün yaradılıb. Ona yaxın vaxtlarda kanalda daha yüksək səlahiyyətlər veriləcəyi gözlənilir.

Qeyd edək ki, H. Abdullayev bir neçə il ATV-də vitse-prezident vəzifəsində çalışıb. (AzNews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm