Bakıda bu küçə yenə bağlandı – FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda bu küçə yenə bağlandı – FOTO

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri həyata keçirir. Kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir.

Publika.az xəbər verir ki, bu gündən etibarən Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən aparılan təmir işlərinə anlayışla davranmaları xahiş edilir və alternativ olaraq Həsən bəy Zərdabi prospektindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan ərazisində aparılıb. Artıq küçənin bu hissəsi yeni müasir görkəmdə sürücülərin ixtiyarına verilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü döşənib, yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib , kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.

Anoloji işlər küçənin bu gün bağlanan ərazisində və “Şamaxinka” ərazisinə qədər olan hissəsində də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm