AMEA Dilçilik İnstitutunda Terminologiya şöbəsi bərpa edilib
Bizi izləyin

Qırmızı.az

AMEA Dilçilik İnstitutunda Terminologiya şöbəsi bərpa edilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda əvvəllər fəaliyyət göstərmiş Terminologiya şöbəsinin yenidən bərpa edilməsi zərurəti yaranıb.

Publika.Az-ın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı Humanitar və İctimai Elmlər Bölməsi vəsatət qaldırıb.

Bunları nəzərə alan AMEA Rəyasət Heyəti AMEA Nəsimi adına Dilçilik İnstitutunun strukturunda Terminologiya şöbəsinin yaradılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, Terminologiya şöbəsi elmi-texniki tərəqqi sayəsində yeni terminlərin meydana çıxması ilə əlaqədar olaraq terminoloji sistemlərin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi terminologiyanın inkişafının düzgün istiqamətləndirilməsi, Azərbaycan dilinin tələblərinə uyğunlaşdırılması və sistemə salınması üçün yaradılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm