Bu yollar bağlıdır
Bizi izləyin

Qırmızı.az

Bu yollar bağlıdır

«Tour d'Azerbaijan» beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bu gün Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

Publika.az-ın məlumatına görə, mayın 10-da saat 10.00-dan 15.00-dək paytaxtın Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva - Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov - Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun - Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi - Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Bakı şəhər polisi sürücülərdən göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm