Tələbələrə bəd xəbər: ali məktəblərə qəbul qaydaları ağırlaşdı
Bizi izləyin

Qırmızı.az

Tələbələrə bəd xəbər: ali məktəblərə qəbul qaydaları ağırlaşdı

“Bu il ali məktəblərə qəbulda I qrupda 6 ixtisas üzrə Təhsil Nazirliyi müsabiqəyə buraxılmaq şərtini 200 bal deyil, 250 bal, bir ixtisasda isə 300 bal təyin edib".

Pubika.az-ın məlumatına görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, gələn həftədən həmin ixtisasların adları açıqlanacaq.

TQDK sədri bildirib ki, dövlət sifarişli bütün ixtisaslarda ballar 300-dən yuxarıdır və bu şərtlər 300 baldan aşağı olmayıb.

Onun sözlərinə görə, əsas müsabiqə vəziyyəti də dövlət sifarişli yerlərdə yaranır: “Faktiki olaraq, hər il, məsələn, keçən il bizə təqdim olunan yerlərin 83 faizi dolub. Boş yerlər daha çox ödənişli təhsil formasında qalır. Buna da nüfuzlu ali məktəblərdə deyil, daha çox regional ali məktəblərdə rast gəlinir. Əsas müsabiqə vəziyyəti o ixtisaslardadır ki, orda yüksək müsabiqə vəziyyəti yaranır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm