Qırmızı.az
Ermənistanın Araz çayı ilə bağlı qərarına Azərbaycandan rəsmi münasibət
Araz çayına axan daşqın, sel və qar sularının Ermənistanın fermer təsərrüfatlarına pulsuz verilməsi Azərbaycanın su təsərrüfatına heç bir mənfi təsir göstərməyəcək.
Publika.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.
Araz çayının keçdiyi ölkələr üçün ümumi çay olduğunu deyən Ə.Əhmədzadə bildirib ki, ermənilər bu çayın suyundan daim istifadə ediblər: “Araz çayının suyundan onlar da istifadə ediblər. Bu çayın suyu tək bizim deyil, ümumidir. Arazın aşağı sularında onların bu sudan necə istifadə elədiyini isə biz bilmirik”.
Qeyd edək ki, Ermənistan hökumətinin bu yaxınlarda qəbul etdiyi qərara görə, Araz çayına axan daşqın, sel və qar suları fermer təsərrüfatlarına pulsuz veriləcək.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır