Rektor əmr imzaladı: “İlk Avropa Oyunları ilə əlaqədar müstəsnalıqlar nəzərə alınsın”
Bizi izləyin

Qırmızı.az

Rektor əmr imzaladı: “İlk Avropa Oyunları ilə əlaqədar müstəsnalıqlar nəzərə alınsın”

Bu gündən Azərbaycan Dillər Universitetində (ADU) yaz imtahan sessiyasına start verilib.

ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən Publika.az-a verilən məlumata görə, rektor Səməd Seyidovun əmrinə əsasən imtahan sessiyası mayın 31-də başa çatacaq.

Yaz imtahan sessiyası 6 fakültənin ( Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti Pedaqoji fakültədə aprelin 20-dən mayın 26-dək, Tərcümə fakültəsi və Əlavə təhsil fakültəsi üzrə isə aprelin 27-dən mayın 31-dək müəyyən edilib.

Əmrə əsasən, yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. ADU-nun 440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Əmrdə biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər və fənn müəllimlərin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazıların nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilməsi qeyd olunub. Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apelyasiya qiymətinin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilməsi əmrdə göstərilir. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədilə Tələbə təşkilatlarının xidmətlərindən istifadə edilməsi və onların fəaliyyətinə lazımi şərait yaradılması da əmrdə öz əksini tapıb.

Əmrdə həmçinin imtahan prosesinin gedişində Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar yarana biləcək müstəsnalıqların nəzərə alınması göstərilib.

Onu da qeyd edək ki, bu il ADU-da keçirilən yaz imtahan sessiyasında imtahan sualları aidiyyəti üzrə fənnin proqramına uyğun olaraq öncədən tələbələrə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm