Nəqliyyatda vahid kart sistemi Avropa Oyunlarından sonra tətbiq ediləcək
Bizi izləyin

Qırmızı.az

Nəqliyyatda vahid kart sistemi Avropa Oyunlarından sonra tətbiq ediləcək

Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Şəhər avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Nazir müavini bildirib ki, bu sahədə müəyyən məsələlər, o cümlədən proqram təminatı, prosessinq mərkəzi, texniki tələblər, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələsi kim işlər görülür.

" I Avropa Oyunlarından sonra ictimai nəqliyyatda vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq. Hazırkı kartlarında vəsait olan şəxslər onları istifadə edə biləcəklər, sonradan bu kartlar dəyişdiriləcək. Və yaxud vətəndaş istədikdə bu kartı yenisi ilə əvəz edə bilər", - deyə M.Pənahov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm