Muğanlı-İsmayıllı yolunda sürüşmə aktivləşib
Bizi izləyin

Qırmızı.az

Muğanlı-İsmayıllı yolunda sürüşmə aktivləşib

Yağışlı hava şəraiti Lerik-Lənkəran yolunun 29-cu km-də uçquna səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Publika.az-a açıqlamasında hazırda həmin sahədə iş apardıqlarını deyib.

“Uçqunla əlaqədar müvəqqəti olaraq yolda avtomobillərin hərəkəti məhdudlaşdırılsa da, artıq hərəkət bərpa edilib. Bununla yanaşı, yolda iş aparılır. Yağışın təsirindən həmin yolun müxtəlif hissələrində uçqunlar baş verib. Bu uçqunlar hərəkətə təsir etməyib”.

Ə.Piriyev son günlər müşahidə edilən yağışların bəzi sürüşmə sahələrində aktivliyə səbəb olduğunu deyib:

“Hazırda Abşeron yarımadası ərazisindəki sürüşmə sahələrində sabitlik müşahidə edilir. Lakin Muğanlı-İsmayıllı yolu, Ağsu aşırımında cüzi aktivləşmə nəzərə çarpır. Torpaqda yaranan çatlar nəzərəçarpacaq dərəcədə deyil, aktivlik ciddi fəsadlara səbəb olmayıb”.

Ə.Piriyev hazırda əməkdaşların ölkə ərazisindəki sürüşmə sahələrində monitorinqlər apardığını bildirib:

“Hazırkı sürüşmə sahələrinin son durumu, yeni sahələrin yaranması barədə monitorinqlərimiz davam edir. Bu işlər başa çatandan sonra konkret fikir deyə biləcəyik. Lakin hazırkı durumda sürüşmə sahələri çox da aktiv deyil. Mart-aprel ayı ərzində yağan yağışlar nəticəsində Ağsu aşırımı, Muğanlı-İsmayıllı, Lənkəran-Astara yolunda uçqunlar oldu. Ağsu aşırımının bəzi ərazilərindəki çatlarda 1sm-ə qədər genişlənmə baş vermişdi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm