Qırmızı.az
Azərbaycan Ordusundan möhtəşəm təlim – FOTO
Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin ilk mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, təlimlərdə
1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox
artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd
döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan
mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış
hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı
Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə
koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək
planlaşdırmanı, bölmələrin hazırlığı və əməliyyatları icra etmə
qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin
qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum
əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin
müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi
ələ keçirməsi, taktiki hava desantının düşmən bölmələrinin arxasına
atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan
müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin
öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcəkdir.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları,
zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və
raket buraxılışlarını icra edəcəklər.
Təlimlər mayın 16-dək davam edəcəkdir.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU