İlham Əliyev Bəxtiyar Əliyevlə bağlı yazılanlara cavab verdi
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev Bəxtiyar Əliyevlə bağlı yazılanlara cavab verdi

Milli Məclisin deputatı İlham Əliyev deputat həmkarı olan Bəxtiyar Əliyevi tənqidi çıxış etməyə təhrik etməsi barədə bəzi mətbu orqanlarda yayılan məlumatlara qısa münasibət bildirib.

Deputat İ.Əliyev Publika.Az-a açıqlamasında deyib: "Mən Bəxtiyar Əliyevə çıxış üçün heç bir təlimat və ya göstəriş verməmişəm. Bu barədə yayılanlar udurma və cəfəngiyyatdır".

Xatırladaq ki, AzPolitika.info saytı yazır: “Deputat Bəxtiyar Əliyevin gömrüklə bağlı tənqidi çıxışı deputat İlham Əliyevin sifarişi ilə meydana gəlib. Sonradan Bəxtiyar Əliyev öz çıxışını geri oxumağa məcbur olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm