"Mazda", "Honda", "Mitsubishi" və "Subaru" avtomobilləri manatla kreditə verilir
Bizi izləyin

Qırmızı.az

"Mazda", "Honda", "Mitsubishi" və "Subaru" avtomobilləri manatla kreditə verilir

Yaponiyanın avtomobil sənayesinin nəhəngləri olan "Mazda", "Honda", "Mitsubishi" və "Subaru" avtomobillərini manatla kreditə götürmək olar. Bu barədə brendlərin Azərbaycandakı rəsmi təmsilçisi məlumat yayıb. Şirkət müştərilərinə onlar üçün münasib olan valyutanı seçmək imkanı verdiyini bildirib. Avtomobillər manatla kreditə 50% ilkin ödəmə, 18% illik və 3 il müddətinə təqdim olunur.

Qeyd etmək yerinə düşər ki, distribüterin elan etdiyi “Yay fürsəti” kampaniyası çərçivəsində - mayın 1-dən iyunun 30-dək "Mazda", "Subaru", "Honda" və "Mitsubishi" avtomobillərini kreditlə alanlara 3 aylıq kredit məbləği hədiyyə edilir və avtomobil sahibi krediti 3 aydan sonra ödəməyə başlaya bilər.

Xatırladaq ki, rəsmi distribüter salonlarında "Mitsubishi"-nin "Outlander", "Pajero" və "Attrage", "Subaru"-nun "Forester", XV və "Legacy", "Honda"nın "City" və "CR-V", "Mazda"nın "Mazda 6", "Mazda 3" və "CX-5" kimi modellərinin 2015-ci il istehsalı təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm