Qırmızı.az
Əcnəbilərin sayı artıb - Fərdi uçot sistemində
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, mayın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5 faiz artıb. Aprel ayı ərzində əlavə olaraq 562 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 652 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,82 faizini (21 009 nəfər) kişilər, 11,18 faizini (2 643 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 483 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 654 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 384 nəfərə çatıb.
Sonrakı yerlərdə İran (908), Çin (789), Hindistan (667), Pakistan (478), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (393), Ukrayna (292), Özbəkistan (248), Banqladeş (212), Almaniya (204), Filippin (202), Türkmənistan (194), ABŞ (187), Qazaxıstan (174), İtaliya (162), Koreya (149) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB