Qırmızı.az
TQDK qaliblərə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq abituriyentlərə müraciət edib.
TQDK-dan Publika.az-a verilən məlumata görə, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, bu kateqoriyadan olan abituriyentlər sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər.
Bu abituriyentlər ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) təqdim etməlidirlər. Sənədlər mayın 5-dən 18-dək qəbul edilir.
Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul
olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək
QİK-də qeydiyyata alınmalıdırlar.
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar
qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək
səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər
Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə
təsdiq edilib.
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn
olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və
yarışların siyahısı barədə daha ətraflı TQDK-nın rəsmi saytında
məlumat əldə etmək olar.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi