Bu avtobusların hərəkət istiqaməti dəyişdi – SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu avtobusların hərəkət istiqaməti dəyişdi – SİYAHI

Bakı şəhər və şəhərətrafı marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib.

"Bakı Sərnişin Nəqliyyatı" MMC-dən Publika.az-a verilən məlumata görə, dəyişiklik iyun ayında Bakı şəhərində keçiriləcək I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılması və eyni zamanda əhaliyə və gələn qonaqlara göstərilən xidmətin səviyyəsini yüksəltmək məqsədilə aparılıb.

Son dəyişiklik zamanı bəzi marşrut xətləri təkrarlanan xətlər olduğu üçün fəaliyyətləri dayandırılsa da, bəzilərinin istiqaməti dəyişdirilib. Həmin marşrut xətləri aşağıdakılardır:

1. 14, 20, 53, 86, 90 və 188 nömrəli marşrut xətləri təkrarlanan xətlər olduğu üçün fəaliyyətləri dayandırılıb.

2. 2 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Bakı kinoteatrı - Gəncə pr. - Nobel pr. və “Xətai” m/st.-na qədər təşkil edilib.

3. 70 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “Azərsu Tikinti” Xəstəxanasından - M.Hadı küçəsi ilə - Q.Qarayev pr-ti və “Neftçilər” m/st. -na qədər təşkil edilib.

4. 24 nömrəli marşrut xətti 14 nömrəli marşrut xəttinin son dayanacağına (Çermet körpüsünə) qədər uzadılıb.

5. 29 nömrəli marşrut xətti 86 nömrəli marşrut xəttinin son dayanacağına (9mkr, H.Babaşov abidəsinin yaxınlığına) qədər uzadılıb.

6. 83 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilərək 90 nömrəli marşrutun xətti ilə Biləcəri qəsəbəsi – Dəmiryol stansiyasına qədər təşkil edilib.

7. 95 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “H.Aslanov” m/st. - Nobel pr.-ti - Senyuşkin küç. - Mehdizadə küç. əks istiqamətdə Nobel pr və mövcud xətti ilə təşkil olunub.

8. 120 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “28 May” m/st. - Neftçilər pr.-ti - Bayıl qəs. 20-ci sahəyə qədər təşkil edilib.

9. 124 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Lökbatan qəsəbəsindən - Binə və Sədərək T/M-lərindən keçməklə - Bayıl qəs. 20-ci sahəyə qədər təşkil edilib.

10. 193 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “Yeni Avtovağzal” - “20 Yanvar” m/st. - Mətbuat pr. - Müşviq küç. - Maşın bazarı - Dairəvi Yol və Binə T/M-nə təşkil edilib.

11. 175 nömrəli marşrut xəttində dəyişiklik edilərək xətti qısaldılaraq hərəkəti H.Aslanov m/st.-dan təşkil edilmişdir.

12. 155 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Azadlıq pr. m/st. təşkil edilib.

13. 165 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Azadlıq pr. m/st. təşkil edilib

14. 207 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Z.Bünyadov - Y.Yasamal - Dairəvi yol - Binə T/M istiqamətində təşkil edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm