Dəmiryol nəqliyyatında gediş haqqı dəyişə bilər
Bizi izləyin

Qırmızı.az

Dəmiryol nəqliyyatında gediş haqqı dəyişə bilər

"Azərbaycan Dəmir Yolları" QSC sərnişindaşıma üzrə bəzi tariflərin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" yeni Bakı-Sumqayıt dəmiryolu xəttində VİP vaqonlarda sərnişindaşıma tariflərinin tənzimlənməsi funksiyalarını QSC-yə vermək təklifi ilə Tarif Şurasına müraciət edib.

C.Qurbanov qeyd edib ki, məlum olduğu kimi, sosial qiymətlər mövcuddur, məsələn, dövlət tərəfindən tənzimlənən plaskart vaqonlarda gediş haqqı qiyməti: "VİP vaqonlarda gediş haqqını isə özümüz tənzimləməyi planlaşdırırıq".

O, əlavə edib ki, Bakı-Sumqayıt xəttində gediş haqqının məbləği bu istiqamətdən hər gün istifadə edən əhalinin cari xərclərinə əsaslanacaq: "Apardığımız yoxlama nəticəsində müəyyən etdik ki, əhali Sumqayıtdan Bakının mərkəzinə gəlmək üçün orta hesabla 1 manat xərcləyir. Üstəlik, onlar 2 saat vaxt itirirlər, bir neçə dəfə nəqliyyat vasitəsini dəyişir və təyinat yerinə böyük narahatlıqla çatırlar".

C.Qurbanov bildirib ki, Bakı-Sumqayıt dəmiryolu xətti istismara verildikdən sonra əhali rahat şəraitdə paytaxta cəmi 40 dəqiqəyə çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm