Qırmızı.az
Bakının cənub giriş-çıxışında hərəkət məhdudlaşdırılır
Bu gün Bakıda Bibiheybət məscidinin yanından “Bayraq meydanı”na qədər olan yolda “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Publika.az-a verilən məlumata görə, işarələnmə işləri saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Artıq Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Ələt-Astara magistralının “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı” çəkilib. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatçılığa görə sürücülərdən üzr ustəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək