Qırmızı.az
Hansı ixtisaslarda yerlərin 50%-dən çoxu boş qalıb?
Bu il təhsil müəssisələrinin magistraturalarına ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77% dolub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, müsabiqə nəticəsində ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.
Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Magistraturaya qəbul 60 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, “Neft-qaz mühəndisliyi” ixtisasına aid olan 2 saylı proqram üzrə ayrılmış yerlərin hamısı dolub. 8, 13, 14, 17, 18, 19, 21, 22, 23, 29, 51, 52, 55, 56, 57 və 59 saylı proqramlara ayrılmış plan yerləri də 100% dolub.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı 5, 6, 9, 12, 16, 25, 30, 39, 41, 43, 58 və 60 saylı proqramlar olmuşdur ki, onlarda ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb. Həmin proqramlar üzrə olan ixtisaslaşmalar, əsasən, metallurgiya, maşınqayırma, hidrometeorologiya, materialşünaslıq, mexanika və incəsənət sahələri üzrədir.
Qeyd edək ki, boş qalan yerlərə ixtisaslaşma seçimi 2015-ci il iyun ayının 22-dən 28-dək aparılacaq. Bu barədə bakalavrlara həmin ərəfədə ətraflı məlumat veriləcək.
Gülxar
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR