Sabahdan havalar isinəcək
Bizi izləyin

Qırmızı.az

Sabahdan havalar isinəcək

Sabahdan Azərbaycanda havalar isinəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm