Alimlərin maaşı qaldırıldı
Bizi izləyin

Qırmızı.az

Alimlərin maaşı qaldırıldı

Alimlərin maaşı qaldırıldı

Nazirlər Kabineti “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarın adı dəyişdirilib və “Vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərar adlandırılıb.

Dəyişikliyə əsasən, ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil müəssisələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 44 manat (bilavasitə ixtisası üzrə çalışanlara 88 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə isə 24 manat (bilavasitə ixtisası üzrə çalışanlara 48 manat) məbləğində vəzifə maaşlarına əlavələr müəyyən edilib. Eyni zamanda üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil müəssisələrində və digər elmi tədqiqat idarələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 38 manat (bilavasitə ixtisası üzrə çalışanlara 76 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə isə 18 manat (bilavasitə ixtisası üzrə çalışanlara 36 manat) məbləğində vəzifə maaşlarına əlavələr müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm