“Azəriqaz” 160 çoxmərtəbəli binaya təbii qaz verib
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” 160 çoxmərtəbəli binaya təbii qaz verib

“Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 160 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 3325 ailə yaşayır.

Bu barədə Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətindən Publika.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm