Qırmızı.az
FHN Salyanda müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci il üçün Tədbirlər Planına müvafiq olaraq, mayın 15-də Salyanda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Muğan Regional Mərkəzinin rayon icra hakimiyyəti, özünüidarəetmə orqanları və yerli icra sturukturları ilə qarşılıqlı fəaliyyətinin təşkili və mövcud problemlər” mövzusunda rayon müşavirəsi keçirilib.
FHN-dən bildiriblər ki, müşavirədə rayon icra hakimiyyətinin rəhbər işçiləri, Salyan rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatların rəhbərləri, nazirliyin və FHN-in yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Salyan Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov gündəlikdə duran məsələnin aktuallığını vurğulayıb və tədbirin əhəmiyyətindən danışıb. O, FHN-in yaranması, qurumları, fəaliyyət istiqamətləri barədə təqdimatında nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, Mərkəzin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi, polkovnik Məhbubə Mustafayeva FHN-in qurumlarının regionlarda yerli icra və idarəetmə orqanları ilə birgə fəaliyyətindən bəhs edib.
Tədbirdə Salyan rayonu ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri və mövcud problemlərdən danışılıb, drenaj-kollektorlar, süni göllər və rayon ərazisində yağış sularının ötürülməsi üçün nəzərdə tutulan hidrotexniki qurğuların mövcud vəziyyətini əks etdirən fotoşəkillərdən ibarət slaydlar nümayiş etdirilib. Həmçinin Salyan rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilən müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulub və müvafiq tövsiyələr verilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...