Sabah əsl gəzmək havasıdır
Bizi izləyin

Qırmızı.az

Sabah əsl gəzmək havasıdır

Sabah Bakıda hava sakit keçsə də, bölgələrdə yenə şimşək və yağış proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində Azərbaycanda hava mülayim keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm