Qırmızı.az
Nazir tədris və inzibati binaların açılışında iştirak edib
Mayın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş tədris və inzibati korpuslarının açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, nazirliyin rəhbərliyi Hərbi Akademiyanın ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi üçün nəzərdə tutulmuş otağa, Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun iş, sinif və müəllim otaqlarına, eyni zamanda yeni elektron kitabxana, müasir standartlara cavab verən laboratoriya və müşavirə zalına baxış keçirib.
Məlumat verilib ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında qısa zamanda yeni lokal şəbəkə qurulub, binanın tədris hissəsində müxtəlif təyinatlı müasir sinif otaqları yaradılıb. Hərbi Akademiyanın binasındakı Adyunktura sinifləri və elmi-tədqiqat laboratoriyaları müasir standartlara uyğun tərtib edilərək gələcəyin hərb elmi tədqiqatçılarının istifadəsinə verilib.
Sonda müdafiə naziri gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı