Qənirə Paşayeva Malatya valisi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Malatya valisi ilə görüşüb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Malatyaya səfəri zamanı Malatya valisi Süleyman Kamçı ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə millət vəkili valiyə Ermənistan - Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik”, - Q.Paşayeva əlavə edib.

Qənirə Paşayeva Malatya valisi Süleyman Kamçıya həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib. O, qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyib. Eyni zamanda Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasını, Avropa Parlamentində bu məsələ ilə bağlı ədalətsiz müzakirələrini pisləyib.

“Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Malatyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir", - millət vəkili deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm