Qırmızı.az
Laçının işğalından 23 il ötür
Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından
bu gün 23 il ötür.
1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə
mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini
dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan
vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr
ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak
olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye
və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə
tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal
olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış
məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq
ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu
deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən
hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını
reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi
vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı
qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb
olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan
ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu.
Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da
qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının
işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu
alıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi
zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq
Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin
işğalı altındadır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO