Liseylərdə oxumaq istəyənlər imtahan verdi
Bizi izləyin

Qırmızı.az

Liseylərdə oxumaq istəyənlər imtahan verdi

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, imtahanda şagirdlərə Ana dili, riyaziyyat, məntiq, fizika, biologiya, kimya fənləri üzrə suallar təqdim olunub.

İmtahanda 2015-2016-cı tədris ilində təhsillərini kimya-biologiya təmayüllü respublika liseyi, fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında davam etdirmək istəyən, hazırda 6, 7 və 8-ci siniflərdə təhsil alan 600-ə yaxın məktəbli iştirak edib.

Valideynlərə imtahanın gedişini müşahidə etmək imkanı yaradılıb. Eyni zamanda, onlara imtahan prosesi barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, imtahanların keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir.

Lisey və gimnaziyalara növbəti şagird qəbulu imtahanının avqust ayında keçirilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm