Prokurorluqdan Salyandakı dəhşətli qətllə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Prokurorluqdan Salyandakı dəhşətli qətllə bağlı açıqlama

Salayan rayon Prokurorluğu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvünün qətlə yetirilməsi ilə bağlı açıqlama verib.

Salayan rayon Prokurorluğu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvünün qətlə yetirilməsi ilə bağlı açıqlama verib.

Prokurorluğun müstəntiqi Orxan Rzayev AzNews.az-a bildirib ki, qətl hadisəsi bu gün günorta saatlarında Salyan rayonu ərazisində baş verib. Hadisə nəticəsində Aydın Rafiq oğlu Xəlilov bıçaq zərbələri ilə qətlə yetirildiyi müəyyn olunub.

Müstəntiq deyib ki, hadisə ilə bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır: “Hadisəni törətmiş şəxs və mərhumun ölümünün səbələri barədə Baş Prokrurluq geniş məlumat yayacaq”.

Qeyd edək ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə qətlə yetirilib. O, həmin şəxsin gəldiyi qara rəngli “Toyota – Prado” avtomobilinə əyləşib və Salyan-Şirvan istiqamətinə hərəkət ediblər. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm