Yanğında ölənlərin 11-nin şəxsiyyəti məlum oldu (YENİLƏNİR)
Bizi izləyin

Qırmızı.az

Yanğında ölənlərin 11-nin şəxsiyyəti məlum oldu (YENİLƏNİR)

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Publika.az-a bildirib ki, yanğında ölənlərdən 11-nin şəxsiyyəti müəyyənləşib.

Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), bacı-qardaş- Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamur qızıdır (21 yaş).

***

Yanğında ölənlərdən daha 2-nin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev məlumat verib.

Həmin şəxslər aşağıdakılardır: Şirinova Zülfiyyə Yavər qızı və Nəcəfzadə Yaşar Fazil oğlu.

Hazırda digər ölənlərin şəxsiyyətlərinin müəyyənləşməsi istiqamətində iş aparılır.

***

Bakıda baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayevin Publika.az-a verdiyi məlumata görə, ölümlərin əsas səbəbi dəm qazından zəhərlənmədir.

Onlar Cavadov Ömər Vüqar oğlu (yaşyarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş Bağırov Sahib Rəhim oğlu ( 49 yaş), Bağırov Firəngiz Rəhim qızıdır (60 yaş)”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm