Qırmızı.az
Binalardan yanğına həssas üzlüklərin sökülməsinə başlanıldı - FOTO
Artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və
Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının
iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi
aparılır
Bakıda hündürmərtəbəli binalardan yanğına həssas olan üzlüklərin sökülməsi prosesinə başlanılıb.
APA-nın məlumatına görə, artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov qeyd edib ki,
Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub: Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib".
Ə. Həsənov eyni zamanda onu da bildirib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular