Azərbaycana qızıl medal verildi - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycana qızıl medal verildi - FOTO

BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə verdiyi böyük töhfəyə görə Azərbaycan qızıl medalla təltif edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Nazir Ə.Abbasov BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə İttifaqın Qızıl tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikasının hökuməti və İKT cəmiyyəti tərəfindən İttifaqı yubiley münasibətilə təbrik edən nazir BTİ-nin Azərbaycan Prezidenti cənab İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" doktrinası və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına verdiyi töhfəsini qeyd edərək, 1992-ci ildə BTİ-yə üzv olduğu vaxtdan ilk dəfə olaraq İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilmiş seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.

Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə nazir Əli Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm