Hicran Hüseynova BMT-nin sessiyasında çıxış edəcək
Bizi izləyin

Qırmızı.az

Hicran Hüseynova BMT-nin sessiyasında çıxış edəcək

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşəcək.

Komitədən verilən məlumata görə, martın 10-dan 21-dək keçiriləcək sessiyada dövlət və hökumət nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edəcəklər.

Səfər çərçivəsində BMT-nin əhali və uşaq fondlarının rəhbərləri ilə görüş də nəzərdə tutulur.

Komitənin sədri Hicran Hüseynovanın sessiyanın açılışında çıxışı nəzərdə tutulub.

Sessiya çərçivəsində qızların və qadınların hüquqlarının müdafiəsi, İstanbul Konvensiyasının qəbulu, məişət zorakılığının qarşısının alınması, qadınların reproduktiv hüquqlarının müdafiəsi, QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcək. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm