QMİ: “Bütün məscidlərdə yanğın qurbanlarının xatirəsinə dualar oxunur”
Bizi izləyin

Qırmızı.az

QMİ: “Bütün məscidlərdə yanğın qurbanlarının xatirəsinə dualar oxunur”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı şəhərində mayın 19-da baş vermiş yanğınla bağlı ölənlərin ailələrinə başsağlığı verib.

Publika.az-ın məlumatına görə, QMİ Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğında dünyasını dəyişmiş həmvətənlərimizə Allahdan rəhmət diləyir, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bu hadisə zamanı həlak olmuş insanların faciəvi itkisi hər birimizin qəlbini ağrıdır. Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, hər birimizə Allahdan səbir, yaralılara Uca Yaradandan şəfqət arzulayırıq.

Bu günlər Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir. Uca Allah xalqımızı və dövlətimizi hər cür bəla və fəlakətlərdən hifz etsin! Amin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm