Yanan binanın önündə anım mərasimi - FOTO
Bizi izləyin

Qırmızı.az

Yanan binanın önündə anım mərasimi - FOTO

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad etmək üçün hadisə yerində dinc aksiya - anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, aksiyaya çoxlu sayda paytaxt sakini qatılıb. Onlar yanğın baş vermiş binanın qarşında şam yandırır, gül qoyurlar, ölənlərin ruhuna dualar oxuyurlar, öz ehtiramlarını bildirirlər. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerinə gəlib, sakinlərlə görüşüb. Hacıbala Abutalıbov zərərçəkmişlərin problemləri ilə gün boyu maraqlandığını bildirib. Onun sözlərinə görə, prezidentin müvafiq tapşırıqlarından sonra köçürülmə işi daha sürətlənib:

“Bakı şəhər İH-in də daxil olduğu komissiya işini sürətləndirərək problemi olan bina sakinlərinə əlindən gələn yardımları göstərir, tez-tez onlarla görüşür”. Ərazidə anım mərasiminin təhlükəsizliyinin təmin olunması üçün Bakı Şəhər Baş Polis İdarəsinin xeyli qüvvəsi cəlb olunub, nəqliyyatın hərəkətinə yol polisi əməkdaşları nəzarət edir. Eyni zamanda poliuretan üzlüklərin sökülməsi davam edən binaların yaxınlığında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm