Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı

Ölkə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzuli rayonunda iqtisadiyyat, mədəniyyət, abadlıq-quruculuq sahəsində geniş miqyaslı işlər görülür.

Rayon sakinlərin həyat səviyyəsinin yüksəldilməsində, onlara göstərilən xidmətin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun, onun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük köməyi vardır.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə keçən il Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək istifadəsinə verilmişdir.

Hazırda Fondun köməkliyi ilə Horadiz şəhərində 100 çarpayılıq uşaq bağçalarının tikintisinə başlanmışdır.

Bu gün isə Heydər Əliyev Fondunun köməkliyi ilə Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının təməl qoyma mərasimi keçirilmişdir.

Tədbir iştirakçıları Horadiz şəhərinin və digər yaşayış məntəqələrinin simasına yeni bir gözəllik bəxş edən məktəb və uşaq bağçalarının tikilərək istifadəyə verilməsinə görə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm