Səlim Müslümov dörd rayonun sakinlərini qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov dörd rayonun sakinlərini qəbul edəcək

Martın 12-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcək.

Publika.Az-ın məlumatına görə, görüş nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında keçiriləcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM), (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm