Azərbaycan-Türkiyə birgə təlimdə – VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-Türkiyə birgə təlimdə – VİDEO

Müdafiə Nazirliyi Bakıda keçirilən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri haqda video məlumat yayıb.

Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlimlər iki ölkənin yüksək rütbəli zabitlərinin rəhbərliyi altında keçirilib.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunduğu birgə taktiki təlimlər keçirilmişdi.

Təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak etmişdi.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm