Qırmızı.az
Qazi Hacı Mirəziz Seyidzadənin səhhəti ilə bağlı - AÇIQLAMASI
Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, İlahiyyat üzrə fəlsəfə doktoru, tanınmış din və ictimai xadimi Qazi Hacı Mirəziz Seyidzadə son günlər səhhətində yaranan problemlə bağlı mətbuata açıqlama yayıb.
Publika.az-ın verdiyi xəbərə görə, M.Seyidzadə bildirib ki, martın 3-də gecə saatlarında beyin-qan dövranının pozulması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib: “Həkimlərin bildirdiyinə görə, daxil olan zaman vəziyyətim orta-ağır olsa da, indi özümü daha yaxşı hiss edir, məni ziyarət edənlərlə ünsiyyətə girə bilirəm. Allaha şükürlər olsun ki, huşum özümdədir, heç bir aparata qoşulmamışam, hazırda həkimlərin nəzarəti altında müalicəmi davam etdirirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə telefonla danışmışam, hörmətli Şeyx həzrətlərinə təşəkkür edirəm, səhhətimlə maraqlanıb, lazımı köməkliyini göstərib. Baş həkim Tərlan Bəbirov başda olmaqla tibbi personala, bütün dostlara, qayğıkeş tələbələrimə və xüsusən də diqqətlərinə görə mətbuata təşəkkürümü bildirirəm”.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı