Bayram günü 35 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bayram günü 35 dərəcə isti olacaq

Sabah bəzi rayonlarda temperatur 35 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm