Bu il məktəbi bitirənlərin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Bu il məktəbi bitirənlərin sayı açıqlandı

2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.

Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm