TQDK jurnalistlər üçün müsabiqə keçirir
Bizi izləyin

Qırmızı.az

TQDK jurnalistlər üçün müsabiqə keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsini keçirir.

Komissiyadan Publika.az-a verilən məlumata görə, müsabiqə 2 nominasiya - “2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə” və “2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı” üzrə aparılır.

Nominasiyalar üzrə qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Nominasiyalar üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə mükafat (I yer - 1000 manat, II yer - 800 manat, III yer - 600 manat) təqdim olunacaq. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini və ya televiziya və ya radioda yayımlanmış materiallarını TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm