“Digər rektor-deputatlar da...” - RƏY
Bizi izləyin

Qırmızı.az

“Digər rektor-deputatlar da...” - RƏY

“Digər rektor-deputatlar da...” - RƏY

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev tutduğu vəzifəsindən azad edilib. Mətbuatda yayılan məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Yaxın saatlarda sərəncamın açıqlanacağı gözlənilir.

Qeyd edək ki, rektor-deputatların ya işdən çıxarılması, ya da deputat mandatlarının ləğvi məsələsini Milli Məclis qarşısında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov qaldırmışdı.

İ. İsmayılov Publika.Az -a açıqlamasında Ş. Hacıyevin işdən çıxarılmasını müsbət addım adlandırıb: “Mən konkret Şəmsəddin Hacıyevi nəzərdə tutmamışam. Ümumi olaraq hamısını demişəm. Birinci Şəmsəddin Hacıyev çıxarıldı, bundan sonra digərləri də çıxarılmalıdır. Bu, müsbət haldır. Hesab edirəm ki, bunun davamı olmalıdır. Digər rektor-deputatlar da ya işdən çıxarılmalı, ya da deputata mandatları ləğv edilməlidir”.
İ. İsmayılov qeyd edib ki, o, bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm