Hacı İbrahim Nehrəmlinin birinci müavini istefa verib
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim Nehrəmlinin birinci müavini istefa verib

Hacı İbrahim Nehrəmlinin birinci müavini istefa verib

Bu yaxınlarda məhşur iş adamı Hacı İbrahim Nehrəmli və onun rəhbəri olduğu «Avesta» konserni haqda saytımıza maraqlı məlumat daxil olub.

"Xeberdar.az" saytı xəbər verir ki, etibarlı mənbənin saytımıza verdiyi açıqlamaya görə, Hacı İbrahim Nehrəmlinin müavini, "Avesta" konsernin birinci vitse prezidenti Həsrət Əmrahlı tutduğu vəzifəsindən istefa verib.

Mənbənin verdiyi məlumata görə, Həsrət Əmrahlı bir müddət əvvəl işdən çıxıb.Birinci vitse prezidentin işdən çıxmasına səbəb isə Hacı İbrahim Nehrəmli ilə aralarındakı pul mübahisəsi olub.

Mənbə iddia edir ki, Həsrət Əmrahlı demək olar ki, Hacı İbrahimin bütün işlərinin icraçısı imiş.O işini yaxşı bilən və işini sevən şəxs olub.Onun işdən çıxması "Avesta" konserndə bir çox rəhbər şəxslərin işdən uzaqlaşmasına səbəb olub.

Mənbənin verdiyi məlumata görə, Hacı İbrahim Nehrəmli "Avesta" konserində, eyni zamanda ona məxsus digər şikkətlərdə müavini olmuş Həsrət Əmrahlıya yaxın olan bütün şəxsləri işindən azad edib.

Məsələ ilə bağlı məhşur iş adamı ilə əlaqə saxlamaq istəsək də, o telefonuna cavab vermədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm