Bulvarda I Avropa Oyunlarına həsr edilən möhtəşəm konsert olub
Bizi izləyin

Qırmızı.az

Bulvarda I Avropa Oyunlarına həsr edilən möhtəşəm konsert olub

Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan “Dostlarla Oyunlara” şüarı altında konsert təşkil edilib.

Birinci Avropa Oyunlarını dəstəkləyən konsertdən əvvəl ölkəmizin bu mötəbər tədbirlərə hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

“Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçisi Murad Dadaşovun aparıcısı olduğu konsert proqramında Azərbaycanın incəsənət ustaları Tünzalə Ağayeva, Lalə Məmmədova, Samir Cavadzadə, İradə İbrahimova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Eldar Qasımov, Röya Ayxan, Manana Caparidze və başqalarının çıxışları gözəl yaz axşamında şəhərimizin sakinlərinə və paytaxtımızın qonaqlarına bayram əhval-ruhiyyəsi bəxş edib. Sevda Ələkbərzadənin və Samir Cəfərovun birgə ifa etdikləri “İlk Avropa Oyunları” mahnısı isə xüsusi alqışlarla qarşılanıb.

Səhnədə quraşdırılmış böyük monitorda birinci Avropa Oyunlarını təbliğ edən süjetlər təqdim olunub. Azərbaycanı görmək üçün İngiltərədən gəlmiş 11 yaşlı Corciya haqqındakı videosüjet də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Dənizkənarı Milli Parka toplaşanlar gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində yeni, möhtəşəm görkəm alan doğma Bakıdakı bu konsertə maraqla tamaşa ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm